15:56
12 Oktyabr 2020

Fransada Ermənistanın təxribatları ilə bağlı şüarlar yayılıb

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təxribatları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin dünyaya bəyan edilməsi istiqamətində davamlı işlər aparır.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, xaricdə yaşayan azərbaycanlılar tərəfindən dəyirmi masaların keçirilməsi, bəyanatların ünvanlanması, məktub kampaniyası, mətbuat konfransı və s. üsullarla həqiqətlər beynəlxalq ictimaiyyətə təqdim edilir və dünyaya ermənistanın işğalçılıq siyasətinin dayandırılmasına təsir etməklə bağlı çağırışlar edilir.

Növbəti belə bir aksiya Fransanın Tuluz və Montoban şəhərlərində keçirilib. Bu dəfə soydaşlarımız şəhərin küçələrinə, dayanacaqlara və ümumilikdə insanların daha çox olduğu yerlərə fransız dilində “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” kimi şüarlar yapışdırıblar.

Dİgər xəbərlər