15:43
12 Oktyabr 2020

"Xarici dilomatlar müharibə cinayətlərini öz gözləri ilə gördülər" - Hikmət Hacıyev

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

“Əcnəbi diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər. Günahsız qurbanların xatirəsini yad etmək üçün əraziyə çiçəklər qoydular”, - Prezidentin köməkçisi qeyd edib.

Dİgər xəbərlər