"Ermənilərin atdığı raketdən Gəncədəki provaslav kilsəsinə də zərər dəyib" - Hacı Tahir
12 oktyabr 2020 15:01 (UTC +04:00)

"Ermənilərin atdığı raketdən Gəncədəki provaslav kilsəsinə də zərər dəyib" - Hacı Tahir

“Azərbaycan tolerant dövlətdir. Ölkəmizdə çoxlu kilsələr, məscidlər, sinaqoqlar var”.

APA-nın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.

O bildirib ki, Gəncə şəhərində IX əsrdən qalma İslam Peyğəmbərinin 5-ci nəvəsinə məxsus məscid zərər görüb: “Eyni zamanda Gəncə şəhərində əsr yarım yaşı olan provaslav kilsəsinin ətrafına düşən raket zərbələrindən kilsə də zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmır”.

# 628
avatar

Oxşar yazılar