12:52
10 Oktyabr 2020

İmişlidə avtomobil motosikletlə toqquşub, ölən var

İmişlidə minik avtomobili motosiklet ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, oktyabrın 9-da saat 19 radələrində İmişli rayonunun Cavadxanlı kəndi ərazisində rayon sakinləri Q.Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Gülmalı Gülmalıyevin idarə etdiyi “İJ” markalı motosiklet toqquşub. Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər