12:30
09 Oktyabr 2020

Ceyhun Bayramov bu gün Moskvaya gedəcək - RƏSMİ

Bu ilin 8 oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu barədə Lent.az -a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Dİgər xəbərlər