12:08
08 Oktyabr 2020

Ermənistanın "Telegram" kanallarında Azərbaycanla bağlı növbəti dezinformasiya yayıldı

Ermənistanın "Telegram" kanallarında Azərbaycanla bağlı növbəti dəfə dezinformasiya yayılıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yayılan məlumatda bildirilir ki, guya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytları, həmçinin SOCAR-ın internet səhifəsi yenidən erməni hakerləri tərəfindən sındırılıb.

"Bildirmək istəyirik ki, bu xəbər əlacsız qalan Ermənistanın dezinformasiya siyasətinin növbəti təxəyyülüdür", - Mərkəzdən bildirilib.

Dİgər xəbərlər