10:34
08 Oktyabr 2020

"Ermənistanın dövlət terroru davam edir" - Hikmət Hacıyev

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev mülki əhali yaşayan zonada ermənilərə məxsus dronun vurulması ilə bağlı özünün rəsmi "Twitter" hesabında paylaşım edib.

Lent.az xəbər verir ki, H.Hacıyevin sözügedən paylaşımını təqdim edir:

"Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edildi. Dron mülki ərazinin ətrafında fırlanırdı. Onun məhv edilməsi ilə mülki vətəndaşlarımızın həyatı xilas oldu. Ermənistanın mülki əhalimizə qarşı dövlət terroru davam edir. Beynəlxalq aləm Ermənistanın yaşayış məntəqələrimizi hədəfə almasını dayandırmağa davam etməlidir".

Dİgər xəbərlər