19:06
06 Oktyabr 2020

"Ermənistanın hərbi mədəniyyəti yoxdur" - TÜRKİYƏLİ GENERAL

Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan indiki vəziyyətinə necə gəldi? Necə quruldu? Əhali quruluşunu necə dəyişdirdi? Qarabağı nə vaxt işğal etdi? Onun hərbi keçmişi nədir? Ermənistanın beynəlxalq aləmdəki ekvivalenti nədir?

Lent.az xəbər verir ki, Türkiyənin təqaüddə olan generalı, Qarabağla bağlı romanların müəllifi Osman Qazi Kandemir CNN TÜRK-ün canlı yayımında A-dan Z-yə verilişində mövzu ilə bağlı açıqlamalar verib.

O bildirib ki, qarşımızda olan dövlətin hərb mədəniyyəti yoxdur: “Ermənistanın keçmişdə qazandığı bir müharibə, əməliyyat yoxdur. Çar Rusiyası Kaçkar Xanlığına bağlı olan İrəvan Xanlığını ələ keçirdikdən sonra 1828-ci ildə erməniləri həmin ərazidə cəmləşdirməyə başlayıb.

O dövrdə İrəvan əhalisinin, sadəcə 18 faizi ermənilərdən ibarət idi. Sonrakı 100 il boyunca ətrafda olan ermənilər buraya yığıldı və 1915-ci ilə qədər artıq onlar 18 faizdən 75 faizə yüksəldi. 1975-ci ilin əvvəlində Yerevandakı erməni əhalisinin nisbəti 50 faiz idi. Bildiyiniz kimi, İrəvan qədim türk şəhəridir. Daha sonra Rusiya hakimiyyəti altında davam etdilər”.

Sovet İttifaqı dağıldıqdan sonra yaşanan proseslərə toxunan alim bildirib ki, qarşılaşdığımız dövlət quldur bir dövlətdir: “Hərbi mədəniyyəti yoxdur. Tarixi yoxdur. Dövlətlər arasında etdiyi bir iş yoxdur. Ermənistan nə edəcəyi bəlli olmayan bir dövlətdir”.

Dİgər xəbərlər