"Ermənistan buna heç vaxt nail ola bilməyəcək” - Hikmət Hacıyev
05 oktyabr 2020 17:18 (UTC +04:00)

"Ermənistan buna heç vaxt nail ola bilməyəcək” - Hikmət Hacıyev

“Dünən hər bir vətəndaşımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətini dinlədi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz xain, alçaq düşmənlə üz-üzəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı möhkəmdir. Ermənistanın amalı və məqsədi Qarabağ cəbhəsindəki uğursuzluqlarını kompensasiya etməkdir. Azərbaycan vətəndaşlarına qorxu aşılamağı qarşılarına məqsəd kimi qoyublar. Onlar buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır. Bizim işimiz haqq işidir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu fəaliyyəti həyata keçiririk. Ölkəmizə qarşı 30 ildir elan edilməmiş bu təcavüz siyasəti artıq elan olunmuş şəkildə davam edir”, - Prezidentin köməkçisi vurğulayıb. 

# 271
avatar

Oxşar yazılar