16:38
05 Oktyabr 2020

"Bu, Ermənistanın dövlətinin terror siyasətinin göstəricisidir" - Prezidentin köməkçisi

“Biz qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu əmrlər bilavasitə Ermənistanın siyasi hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir. Burada da beynəlxalq hüquqa əsasən, Ermənistan siyasi rəhbərliyində olan və qondarma qurumun rəhbərliyində olan şəxslər məsuliyyət daşıyır.”

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ermənilər tərəfindən hədəfə alınan yerlər arasında hərbi obyektlər yoxdur: “Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir. Onlar öz cəzasızlıqlarından sonra yenidən Azərbaycana qarşı bu cür hücumlar təşkil edilir. Onlar tərəfindən uzaqmənzilli raketlərdən də artıq istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb. Bu Ermənistan dövlətinin terrorçu əməllərini göstərir. Ermənistan tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün bu cür addımlar atır”.

Dİgər xəbərlər