13:56
05 Oktyabr 2020

Hikmət Hacıyev: "Mərkəzi bazarın necə hərbi əhəmiyyəti ola bilər?" - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Gəncənin mərkəzi bazarını atəşə tutmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, özünün rəsmi "twitter" hesabında məlumat yayıb:

"Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutdu. Bazarın necə hərbi əhəmiyyəti ola bilər? Bu raket hücumu birmənalı olaraq, yalnız dinc sakinlər arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edildi. Silahlı mülki azərbaycanlıların Ermənistan dövləti tərəfindən terrorizmi davam edir".

Dİgər xəbərlər