13:48
04 Oktyabr 2020

“Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb” - Prezidentin köməkçisi

“Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələri Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən

istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var: “Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb”.

Dİgər xəbərlər