9
09:05
04 Oktyabr 2020

Dünyada bu gün - VİDEO

1. 4 oktyabr 1994-cü ildə Azərbaycanda o zamankı baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərib.

2. Dünyanın ən məşhur kəşfiyyatçılarından Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulub.

3. Azərbaycanın tanınmış opera müğənnisi, əməkdar artist, aktrisa Sona Şahnəzər qızı Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili aldıqdan sonra 1952-ci ildə elə orada dərs deməyə başlayıb.

4. Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyev 1963-cü ilin bu günü Şirvan şəhərində anadan olub. Burada 9 saylı orta məktəbdə təhsil alıb. 1982-1983-cü illərdə sovet ordusunda xidmət edib.

5. Şəhid Vüsal İlham oğlu Alıyev 4 oktyabr 1996-cı ildə Şəmkir rayonunun Kür kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

6. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Kazım Məmmədəli oğlu Kazımzadənin anım günüdür.

7. Azərbaycan əməkdar artisti, teatr aktrisası Cəvahir Allahverdi qızı İsgəndərovanın xatirə günüdür.

8. Azərbaycanın xalq artisti, milli caz və estrada musiqisinin banilərindən biri, bəstəkar, pianoçu, dirijor Tofiq Ələkbər oğlu Quliyev də bu gün xatırlanır. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub.

9. Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Hacıbaba Ağarza oğlu Bağırovun anım günüdür.

10. Azərbaycanın Milli Qəhrəmanı Natiq Bəşir oğlu Məmmədovun xatirə günüdür. O, 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində doğulub.

Dİgər xəbərlər