07:10
03 Oktyabr 2020

Türkiyədə son sutkada koronavirusdan 63 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 63 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 114 857 şübhəli koronavirus testindən keçib, onlardan 1442-nin cavabı pozitiv çıxıb, 1402 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1455 nəfər olub.

Türkiyədə ümumilikdə 321 512 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 282 657 nəfər sağalıb, 8325 nəfər ölüb.

Nazir bildirib ki, ağır xəstə sayında azalma davam edir.

Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 1507 nəfər olub.

Dİgər xəbərlər