13:56
02 Oktyabr 2020

Pentaqondan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

“Biz Azərbaycana və Ermənistana bütün yardımlarımızı iki ölkə arasındakı münaqişə ilə əlaqələndirilməyəcək şəkildə diqqətlə ayırmışıq”.

APA-nın xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik-leytenant Thomas Campbell “Anadolu” agentliyinə açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələri yaxından izlədiklərini bildirən T. Campbell vəziyyətin olduqca dəyişkən olduğunu vurğulayıb.

O, ABŞ-ın hər iki tərəfə hərbi əməliyyatları dayandırmaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar masasına qayıtmağa dair çağırış etdiyini də xatırladıb.

Dİgər xəbərlər