ANAMA-dan döyüş bölgəsində yaşayan sakinlərə MÜRACİƏT
28 sentyabr 2020 18:18 (UTC +04:00)

ANAMA-dan döyüş bölgəsində yaşayan sakinlərə MÜRACİƏT

“Qoşunların qarşıdurma xətti boyunca yerləşən yaşayış məntəqələrində yaşayan yerli sakinlər qarşılaşdıqları naməlum əşyalara toxunmamalı, xüsusilə uşaqlarını hərbi sursatlardan kənar saxlamalıdır”.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov deyib.  

O bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur: “Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Atəşkəsdən sonra həmin ərazilər ANAMA-nın əməliyyat qrupları tərəfindən tam təmizlənəcək. Sakinlərə tövsiyə edirik ki, evlərinə qayıtdıqdan sonra gördükləri əşyalar və sursatlar barədə dərhal “102”, “113” xidmətlərinə, yaxud da ANAMA-ya məlumat versinlər. Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar