Hərbiyönümlü təşkilatların cəbhədə baş verənlərlə bağlı bəyanatı
28 sentyabr 2020 14:05 (UTC +04:00)

Hərbiyönümlü təşkilatların cəbhədə baş verənlərlə bağlı bəyanatı

Azərbaycanın hərbiyönümlü ictimai birlikləri cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb.

Lent.az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan sentyabrın 27-ə böyük çoşquyla, illərdir gözlədiyimiz müjdəli xəbərlərin veriləcəyi günlərin başlanğıcı tarixi olaraq başladı. Azərbaycan Ordusu düşmən qüvvələrinin səhər saatlarından başlayan təxribatına sərt reaksiyaya verərək əks-hücum həmləsiylə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir. Son günlər düşmənin cəbhəboyu ərazilərdə aktivləşməsi, bütün qüvvələrini təmas xəttinə cəmləyərək hücuma hazırlaşdığı hər kəsə məlum idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev son çıxışlarında düşmən qüvvələrin hücuma hazırlaşması barədə kəşfiyyat məlumatlarının olduğunu deyərək, Azərbaycan ordusunun bu hücumları dəf etmək iqtidarında olduğunu, özümüzü əzmkarlıqla, qətiyyətli şəkildə müdafiə edəcəyimizi bəyan edib.

Biz hərbiyönümlü QHT-lər olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik! Bütün cəmiyyətimizi - iqtidarlı, müxalifətli hər kəsi bir olmağa, cənab Ali Baş Komandanımızın apardığı haqq işinə dəstək olmağa çağırırıq. Bütün siyasi ambisiyaları kənara qoyub Vətənimiz, xalqımız, dövlətimizin naminə bir hədəfə vurmalıyıq, vahid mövqe sərgiləməliyik. Biz belə olduğu halda daha güclü, daha qüdrətli olub qələbəyə birgə addımlayacayıq! Hərbiyönümlü QHT-lər bütün cəmiyyətimizə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildiririk ki, müharibənin, hərbi əməliyyatlarının özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur. Hamını düşmənin dezinormasiyalarına uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmağa və istinad etməyə çağırırıq.

Azərbaycan Prezidenti xalqa müraciətində deyib: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi. Hərbiyönümlü QHT-lər olaraq vahid komandanlıqla idarə olunan Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inandığımızı, müsəllah əsgər olaraq döyüşlərə hər an döyüşlərə hazır olduğumuzu qələbəyə gedən müqəddəs yolda birgə olduğumuzu bəyan edirik!
Biz Birlikdə Güclüyük!

1. Cəlil Xəlilov -  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 

2. Məmmədhüseyn Sarıyev - "Ehtiyyatda olan Zabitlərin Konfederasiyası" İctimai Birliyi  

3. Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi  

4. Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyi

5. Emin Həsənli - "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi

6. Akif Nağı - "Qarabağ Azadlıq Təşkilatı" İctimai Birliyi

7. Sevinc Alızadə - "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyi

8. Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyi

9. Mətanət Cəfərova - "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi

10.  Mirhəsən Həsənov - Azərbaycan Çernobil Əlillər İttifaqı

11.  Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi   

12. Növrəstə Yusifova - “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi  

13. Şamil Ələkbərli - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 

14.  Ədalət Məhərrəmov - Fred Asif Fondu

15.  Asəf Əliyev - “Qarabağ Qaziləri” İctimai Birliyi 

16.  Radə Abbas - "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyi

17.  Əzizağa Qənizadə - "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər" İctimai Birliyi

18.  Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu

19.  Sultan Əzimzadə - "20 Yanvar" İctimai Birliyi  

20.  Elşən Uluxanlı - Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

21.  Firudin Məmmədov - Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyi

22.  Dadaş Quliyev - "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi

23.  Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

24.  Şamil Süleymanov - "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi

25.  Hacıbala Əzimov - "Veteran Tankçılar" İctimai Birliyi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar