Moldova prezidentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
28 sentyabr 2020 11:48 (UTC +04:00)

Moldova prezidentindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Moldova Prezidenti İqor Dodon Azərbaycanı və Ermənistanı döyüşləri dayandırmağa çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova Prezidenti mətbuat konfransında deyib.

“Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərdən narahatıq. Hər iki ölkə Moldovanın dostudur, ən yüksək səviyyədə təmaslarımız var. Tərəfləri döyüşü dayandırmağa və sülhə çağırırıq”, - deyə İqor Dodon bildirib. 

Moldova Prezidenti ölkədəki Azərbaycan və erməni diasporlarına da müraciət edib. 

“Biz bir çox millətlərin barışıq içində yaşadığı bir dövlətik, buna görə hamını sakit olmağa çağırıram. Vəziyyətin asan olmadığını başa düşürük, çox duyğu, emosiya var, amma sizə - əziz vətəndaşlar, azərbaycanlılar və ermənilərə müraciət edirəm - bu münaqişəni Moldova ərazisinə gətirməyin, sakit olmalıyıq - etiraz etmədən və sabitliyi pozmadan”, - deyə Moldovanın dövlət başçısı vurğulayıb.  

# 379
avatar

Oxşar yazılar