21:19
26 Sentyabr 2020

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistralının Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“NAZ Lifan” markalı maşınla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar - Biləsuvar rayon sakini 1994-cü il təvəllüdlü Hüseynov Ziyadət Mayıl oğlu, Göygöl rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Asif Fidail oğlu və Goranboy rayonunun Qiyaslı kənd sakini 1962-cü il təvəllüdlü Kazımov İsfəndiyar Məhərrəm oğlu xəstəxanaya yerləşdirilib. Onlardan biri dərhal cərrahi əməliyyata götürülüb, digəri isə travmatologiya şöbəsinə köçürülüb. Üçüncü yaralının da vəziyyətinin ağır olduğu bildirilir. Hazırda reanimasiya şöbəsindədir.

Faktla bağlı araşdırma başlanılıb.

Dİgər xəbərlər