“Liverpul”un hücumçusu klubu tərk edir
26 sentyabr 2020 18:18 (UTC +04:00)

“Liverpul”un hücumçusu klubu tərk edir

İngiltərənin “Liverpul” klubunun futbolçusu Rian Brüster komandadan getməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Şeffild Yunayted”də davam etdirmək istəyir.

“Brayton” və “Aston Villa”dan da təklif alan 20 yaşlı forvard Şeffild təmsilçisinə üstünlük verir. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Suonsi”də keçirən futbolçu 22 matçda 11 qol vurub.

Qeyd edək ki, Brüsterin transfer qiyməti 5,4 milyon avrodur.

# 2044
avatar

Oxşar yazılar