Ukraynada matəm elan olundu
26 sentyabr 2020 13:43 (UTC +04:00)

Ukraynada matəm elan olundu


Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. 
Fərmanda deyilir: "25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin". 
Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.
Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.
Təyyarənin göyərtəsində 27 nəfər olub. 

# 1783
avatar

Oxşar yazılar