Mətbuat Şurası 2 yeni mükafat təsis edir
25 sentyabr 2020 18:20 (UTC +04:00)

Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Mətbuat Şurası Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis edəcək.

Lent.az xəbər verir ki, bunu Şuranın sədri Əflatun Amaşov MŞ-nın İdarə Heyətinin iclasında açıqlayıb.

O bildirib ki, Nəriman Nərimanov qəzet oxumağın mənəvi tələbata çevrilməsinə əzmlə çalışan ziyalılarımızdan olub: “Tiflis ədəbi mühitinin nümayəndəsi olan Nərimanov elmi-mədəni elitanın, milli burjuaziyanın formalaşmasında söz sənətinin əhəmiyyətini hər zaman vurğulayıb. Əziz Əliyev isə qısa fasilələrlə iki dəfə Tibb Universitetinin rektoru olub. Hazırda universitetinin “Təbib” adlı qəzeti işıq üzü görür ki, həmin nəşr vaxtilə “Tibbi kadrlar uğrunda” adını daşıyıb və məhz görkəmli alimin təşəbbüsü ilə fəaliyyət göstərib.

Əziz Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olarkən, bu təhsil ocağının “Bakı Universiteti” qəzetinin nəşrini reallaşdırıb. Qəzet “Bakı tərbiyəsi uğrunda” adlanıb. Görkəmli dövlət xadimi Cənubi Azərbaycanda tarixə “Əziz Əliyev missiyası” kimi düşmüş missiyaya rəhbərlik etdiyi vaxtlarda ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərlik etdiyi “Vətən yolunda” qəzetini qurub. Ə.Əliyev Dağıstana rəhbərliyi illərində 80-dən çox xalqın yaşadığı bu respublikada 30 müxtəlif xalqın dilində qəzetin işıq üzü görməsində yaxından iştirak edib. Bütün bunlar Mətbuat Şurasına onların adını daşıyan mükafatlar təsis etmək üçün imkan verir”.

# 1336
avatar

Aygün İbrahimli

Oxşar yazılar