İranda daha 207 nəfər koronavirusdan öldü
25 sentyabr 2020 19:39 (UTC +04:00)

İranda daha 207 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 25222 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  4023  nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 439882  nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək  369842 nəfər  koronavirusdan sağalıb.

# 1345
avatar

Oxşar yazılar