TƏBİB-in mətbuat xidməti ləğv edildi
25 sentyabr 2020 13:23 (UTC +04:00)

TƏBİB-in mətbuat xidməti ləğv edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib. 

 

 

 

# 3778
avatar

Aygün İbrahimli

Oxşar yazılar