Bakıda məktəbəhazırlığa cəlb olunanların SAYI
25 sentyabr 2020 12:13 (UTC +04:00)

Bakıda məktəbəhazırlığa cəlb olunanların SAYI

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1 047  məktəbəhazırlıq qrupuna 27 136 uşaq cəlb olunacaq.

İdarədən Lent.az-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-də başa çatıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu  https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. 

 

 

 

 

# 925
avatar

Aygün İbrahimli

Oxşar yazılar