“Legiya” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI
25 sentyabr 2020 11:52 (UTC +04:00)

“Legiya” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək.

Varşavadakı görüşün baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin yardım edəcək. Dördüncü hakim Daniel Şlager olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

# 1627
avatar

Oxşar yazılar