19:06
24 Sentyabr 2020

Öləndən sonra da tənqid olunan yazar: Ziqmund Freyd haqqında bilinməyən faktlar - FOTOLENT

1939-cu ildə vəfat edən psixoanalizin qurucusu Sigmund Freyd artıq 81 ildir həyatda yoxdur. Çoxdan həyatdan köçməsinə baxmayaraq, hələ də tənqid olunur.

Məşhur yazarın həyatı haqqında çoxlarına məlum olmayan faktları Lent.az təqdim edir:

1939-cu ilin yayında Freydin ağız xərçəngi sağalmaz hal almışdı onu çox incidirdi. Buna görə həkimindən və dostu Max Skurdan ağrısını azaltmaq üçün ona yüksək dozada morfin vurmasını istəyir. Həkim qızı Annadan icazə alaraq üç yüksək dozada morfin vurur. Həmin gün komaya düşən Freyd bir də heç vaxt ayılmır.

20 yaşında siqaret çəkməyə başlayan Freyd, sonrakı illərdə tütün aludəçisi olub. Siqareti çəkdikdən sonra siqarlara başlayıb. Həkimlərin tütün barədə xəbərdarlıqlarına və 16 il içərisində ağız xərçəngi ilə əlaqədar 33 əməliyyat keçirməsinə baxmayaraq, siqardan əsla əl çəkmir.

Ən məşhur əsərlərindən biri olan “Yuxuların yozumu” 1899-cu ildə nəşr olunduqda çox diqqət görməmişdi. 1899-cu ildən sonra 6 il ərzində yalnız 351 nüsxəsi satılır.

1886-cı ildə Vyanada klinikasını açdıqdan sonra xəstələrinə hipnoz tətbiq etməyə başlayıb. Hipnozu yatmış formada həyata keçirməyin daha asan olduğunu anlayır. Bu səbəbdən hipnoz seansları zamanı xəstələrindən biri Madam Benvenistinin ona hədiyyə etdiyi bir Fars xalçası ilə örtülmüş divandan istifadə edir.

Faşizm təhlükəsi səbəbindən Avstriyadan İngiltərəyə getməsinə baxmayaraq, dörd bacısına çıxış vizası ala bilmir. Freyd, II Dünya Müharibəsinin başlamasından bir neçə həftə sonra həyatını itirir. Bu hadisədən sonra onun dörd bacısı nasistlərin düşərgələrinə göndərilir və orada öldürülürlər.

Marta Bernays ilə 1882-ci ildə tanış olan Freyd arasında böyük bir sevgi başlayır. İddialara görə, Freyd dörd illik nişanlılıq müddətində Martaya 900 sevgi məktubu göndərib.

İtlərin narahatlıq problemi olan xəstələri sakitləşdirməkdə faydalı olduğunu düşündüyü üçün onlardan kömək alırdı. Buna görə bəzi seanslarda iti Jofinin xəstələrin yanında oturmasına icazə verirdi. Bundan əlavə, sonrakı illərdə itlərin terapevtik məqsədlər üçün istifadəsi fikri daha ətraflı araşdırılmağa başlayır. Bu işlərdə Freydin Jofi ilə xəstələri arasında qurulmuş müalicə üsulu da istifadə edilib.

Psixologiya sahəsində iki yenilikçi elm adamı bir araya gələndə nələrin baş verə biləcəyini düşünün... İddialara görə, Freyd və Karl Jung görüşdükləri zaman 13 saat danışıblar.

Freydin xəstələri arasında Braziliya İmperiyasının şahzadəsi Pedro Auqusto, bəstəkar Qustav Mahler və Napoleonun nəvəsi Şahzadə Marie Bonapart kimi xüsusi adlar var idi. Şəxsi qeydlərində onların adlarını deyil, təxəllüslərini qeyd edirdi. Bununla məşhur xəstələrinin şəxsiyyətlərini qorumuş olurdu.

8 yaşı olanda həyatını formalaşdıracaq travmalardan birini yaşayıb. Buna səbəb qəsdən valideynlərinin yataq otağında işəməsi olub. Buna əsəbiləşən atası "Səndən heç nə olmayacaq!" deyərək onun üstünə qışqırıb. Freyd bu yaranı ömür boyu daşıdığını və hər zaman insanlara 'hər şey ola biləcəyini' sübut etməyə çalışdığını söyləyib.

Dİgər xəbərlər