Soyğunçuluq edən keçmiş məhkum tutuldu
24 sentyabr 2020 12:22 (UTC +04:00)

Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Bakıda kişiyə qarşı soyğunçuluq hadisəsi olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, sentyabrın 18-də C.Süleymanova qarşı zor tətbiq edilərək qızıl boyunbağısı soyğunçuluq yolu ilə alınıb.

Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılıb.

# 943
avatar

Mehman Nəbiyev

Oxşar yazılar