Sentyabrın 20-də Nəsimi rayonu ərazisindəki yarmarkaların birində naməlum şəxs Abşeron rayon sakini S.Həmidovun 100 manatını açıq talama yolu ilə alıb. O, bu barədə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş B.Rüstəmov müəyyən edilərək saxlanılıb.