Dünyanın ən titullu futbolçusu Avropaya qayıdır
22 sentyabr 2020 17:24 (UTC +04:00)

Dünyanın ən titullu futbolçusu Avropaya qayıdır

“San Paula”nın braziliyalı müdafiəçisi Dani Alves klubu tərk etmək və Avropada çıxış etməyə qayıtmaq qərarı verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Alvesi klubdan ayrılmağa yerli azarkeşlərin münasibəti məcbur edib. Braziliyalı pandemiya zamanı şənlənməyə getdiyinə görə fanatların tənqidi ilə üzləşib. Sosiaı şəbəkədə yayılan videoda Alvesin əlindəki zədəyə baxmayaraq, musiqi aləti çalması əks olunub.  

Oyunçu Braziliya klubunda cəmisi 13 ay çıxış edib. Alvesin “San Paula” ilə müqaviləsi 2021-ci ilin dekabr ayında başa çatacaq. 

Dünyanın ən titullu futbolçusu “San Paula”ya ötən ilin avqust ayında keçib. O, buna qədər PSJ, “Barselona” və Madrid “Atletiko”sunda oynayıb. 

Alves planetin ən titullu futbolçusudur. İyulun 7-də milli komandanın heyətində Amerika Kubokundakı qələbə karyerasında 40-cı mükafat olub. 

Alves uğurlarının böyük hissəsinə “Barselona”da nail olub. O, Kataloniya klubunda 6 dəfə İspaniya çempionu olub və 3 dəfə Çempionlar liqasında qalib gəlib. 

 

 

 

# 2524
avatar

Oxşar yazılar