Bakıda şirkət çirkab sularına görə cərimələndi
22 sentyabr 2020 10:18 (UTC +04:00)

Bakıda şirkət çirkab sularına görə cərimələndi

Azərbaycanın Baş Prokurorluğu ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən «Məmmədoğullar» Məhdud Məsuliyyətli Cəmiyyətiin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon Prokurorluğu birgə araşdırma aparıb.

Araşdırmalarla cəmiyyətin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara  təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.

# 1681
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar