Mourinyo 4 qol vuran futbolçusunu pərt etdi
21 sentyabr 2020 12:54 (UTC +04:00)

Mourinyo 4 qol vuran futbolçusunu pərt etdi

İngiltərə Premyer Liqasının II turunda keçirilən “Sauthempton” – “Tottenhem” oyunundan sonra maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada 4 qol vuran Son Xın Minin müsahibəsi zamanı baş məşqçi Joze Mourinyo müdaxilə edib.

Portuqaliyalı mütəxəssis cənubi koreyalı oyunçuya yaxınlaşaraq “matçın ən yaxşısı Keyndir” deməklə, futbolçusunu pərt edib. Ancaq özünü “sındırmayan” Son gülərək “Mən də Keyni ən yaxşı seçərdim. Bir qol vurdu, dörd asist etdi”, deyib.

Qeyd edək ki, “Tottenhem” “Sauthempton” üzərində 5:2 hesablı qələbə qazanıb.

# 3811
avatar

Oxşar yazılar