Yol qəzasında xəsarət alan piyada xəstəxanada öldü
21 sentyabr 2020 09:09 (UTC +04:00)

Yol qəzasında xəsarət alan piyada xəstəxanada öldü

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.   

Xatırladaq ki, hadisə sentyabrın 20-də Ələt-Astara magistral yolunda baş vermişdi. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarında dayanan piyada Bayram Əliyevi vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

# 1276
avatar

Oxşar yazılar