Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
18 sentyabr 2020 13:25 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Sabahdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

# 18952
avatar

Aygün İbrahimli

Oxşar yazılar