Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - YENİLƏNİB
18 sentyabr 2020 16:20 (UTC +04:00)

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - YENİLƏNİB

Bakı Apelyasiya Məhkəməsində bu gün Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Müsavat partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, T.Yaqublu Nizami rayon Məhkəməsinin qərarı ilə 4 il 3 aylıq azadlıqdan məhrum edilmişdi. O, bu qərara etiraz olaraq, aclıq aksiyası keçirərərk, verilən qərardan apelyasiya şikayəti verib. Apelyasiya şikayəti ilkin olaraq sentyabrın 28-ə təyin edilsə də, sonradan proses 18 sentyabr saat 16:00-a dəyişdirilib. Ölkənin tanınmış ziyalıları, hətta bir neçə deputat da T.Yaqublunun azadlığa çıxması üçün dövlət başçısına müraciət edib.

***

Saat: 13:04

Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətimizə  bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Lent.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun vəkili Elçin Sadıqov özünün "facebook" profilində məlumat paylaşıb. Onun sözlərinə görə, sentyabrın 28-nə təyin edilən apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib. 

İlkin baxış iclası bu gün saat 16:00-da olacaq.

# 5986
avatar

Mehman Nəbiyev

Oxşar yazılar