“Aprel ayından indiyədək ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzə 61 müraciət daxil olub”.
Bu sözləri Lent.az-a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, 61 nəfərdən 10-u azyaşlı olub və ölüm hadisəsi qeydə alınmayıb.
A.Maqsudov qeyd edib ki, mərkəzin zərdab təminatında heç bir problem yoxdur və kifayət qədər zərdab mövcuddur.