Maska peyvənddən daha qoruyucudur?
18 sentyabr 2020 11:35 (UTC +04:00)

Maska peyvənddən daha qoruyucudur?

Maska koronavirusa qarşı peyvənddən daha qoruyucudur.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Robert Redfield açıqlayıb: “Maskanın koronavirusdan qoruyucu olduğuna dair ciddi dəlillərimiz var. Hətta deyə bilərəm ki, maska virusdan qorunmaq nöqteyi-nəzərindən peyvənddən daha zəmanətlidir”.

ABŞ Konqresində keçirilən dinləmələrdə iştirak edən Mərkəz direktoru deyib ki, pandemiya hələ də davam edir, peyvənd tapılsa belə, bir gecədə virusun qarşısını almaq mümkün olmayacaq. Ona görə də virusdan qorunmaq üçün tədbirlərin görülməsi çox önəmlidir. Maskalarının son dərəcə vacib olduğunu vurğulayan R.Redfield peyvəndin hamı üçün eyni dərəcədə təsir edə bilməyəcəyini bildirib: "Amma maska onu düzgün istifadə edən hər kəsi qoruya bilir".

Onun sözlərinə görə, maskalar hazırda əlimizdə olan ən vacib və güclü ictimai sağlamlıq vasitəsidir və hamı virusdan qorunmaq üçün maskalardan istifadə etməlidir.

# 1288
avatar

Oxşar yazılar