Bu ərazilərə leysan yağıb: FAKTİKİ HAVA
17 sentyabr 2020 12:49 (UTC +04:00)

Bu ərazilərə leysan yağıb: FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabr 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub.

Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub. 

Havanın temperaturu iqlim normasından 3.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək,  Naxçıvan MR-da 27-33 dərəcə  isti təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2344

Oxşar yazılar