V qrupu seçənlərin DİQQƏTİNƏ: "Subbakalavrlar yalnız ... "  - YENİLƏNİB
17 sentyabr 2020 15:30 (UTC +04:00)

V qrupu seçənlərin DİQQƏTİNƏ: "Subbakalavrlar yalnız ... " - YENİLƏNİB

“Subbakalavrlar yalnız abituriyentlər ixtisas seçimi etdikdən sonra seçim edə bilərlər”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. O bildirib ki, ilk olaraq ixtisas seçimini abituriyentlər edir:

“Abituriyentlər ixtisas seçimi etdikdən sonra qalan boş yerləri subbakalvrlar seçə bilir. Ona görə də abituriyent və subbakalavrlarının burada topladıqları bal nəyisə dəyişmir”.

***

15:20

“V qrup ixtisaslarında keçid ballarında artımların olacağı gözlənilir”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. O bildirib ki, artımlar əsasən qabiliyyət imtahanları ləğv edilən ixtisaslarda olacaq:

"Sözügedən qrupda bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv edilməsi bu qrupa olan marağı artırıb".

***

15:13

“Bu il 11 489 abituriyent, 2 597 subbakalavr yalnız V qrupa sənəd verib”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, 46 280 nəfər isə I-IV qrupla yanaşı, V qrupu da seçiblər:

“V qrupda qabiliyyət imtahanları tələb edən ixtisaslar olsa da, bu il pandemiya ilə əlaqədar bəzi ixtisaslara qəbulda dəyişiklik edilib və qabiliyyət imtahanı ləğv edilib”.

***

15:07

“Bu il V ixtisas qrupunda 133 plan yeri artıb”.

Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib. O bildirib ki, 2019-cu ildə sözügedən rəqəm 3 581 olsa da, bu il 3 714 olub.

Qeyd edək ki, canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. 

***

09:56

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, canlı yayımda mərkəzin şöbə müdiri Natiq Əliyev ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq.

 

# 3463
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar