ABŞ-da 2 polisi maşında güllələdilər
13 sentyabr 2020 10:33 (UTC +04:00)

ABŞ-da 2 polisi maşında güllələdilər

ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.

APA bildirir ki, bu barədə Los Anceles şəhərinin polis orqanının rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Məlumata görə, şerifin iki müavini şənbə günü edilən hücum zamanı çoxsaylı güllə yarası alıb.

Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.

Onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.

Hadisənin kimlər tərəfindən törədilməsi hələ ki, müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340

Oxşar yazılar