02:10
11 Sentyabr 2020

Kişi küt alətlə qətlə yetirildi

Sumqayıtda qətl hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

1988-ci il təvəllüdlü İsmayılov Elgün Elşən oğlunun başına naməlum şəxs küt alətlə zərbə endirib. E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər