"11 illik bazadan kolleclərə ixtisas seçimi universitetlərə seçim bitdikdən sonra olacaq".
Lent.az məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. Sədr qeyd edib ki, bunun üçün dəqiq tarix hələ müəyyən olunmayıb:
"Sentyabrın sonunda kolleclərə ixtisas seçimi başlaya bilər".