Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 105 qram heroin aşkar edilərək götürülüb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov saxlanılıblar.