08:45
10 Sentyabr 2020

Çin səfirinin "Twitter" hesabı sındırıldı

Çinin Böyük Britaniyadakı səfiri Lyu Syaominin “Twitter” hesabı hakerlər tərəfindən sındırılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl bir sıra Çin düşməni olan ünsürlər Lyu Syaominin “Twitter” hesabına hücum ediblər və ictimaiyyəti aldatmaq üçün iyrənc üsullara əl atıblar. Çin səfirliyi bu cür iyrənc davranışları qətiyyətlə pisləyir”, - deyə səfirliyin internet saytından bildirilib.

Səfirlik nümayəndələri bu barədə “Twitter” administrasiyasını məlumatlandırıb və haker hücumu faktının tam araşdırılmasını istəyiblər.

Qeyd edək ki, “The Sun” nəşrinin yaydığı məlumata görə, səfirin “Twitter” hesabından qeyri-etik məzmunlu videonun olduğu bir paylaşım bəyənilib.

Dİgər xəbərlər