“Çölçü” filmi İtaliyada mükafata layiq görüldü
09 sentyabr 2020 13:29 (UTC +04:00)

“Çölçü” filmi İtaliyada mükafata layiq görüldü

Lent.az-ın məlumatına görə, MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020 (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti “Çölçü”nü “Ən yaxşı bədii film” mükafatına layiq görüb.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012–ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.

# 2053
avatar

Oxşar yazılar