Əcnəbilərə övladlığa nə qədər uşaq vermişik? - SAY AÇIQLANDI
09 sentyabr 2020 12:43 (UTC +04:00)

Əcnəbilərə övladlığa nə qədər uşaq vermişik? - SAY AÇIQLANDI

“Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”.

APA-nın məlumatına görə, bunu bu gün  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov açıqlayıb.

Qeyd edilib ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsində olub: “Ötən ilin noyabrın 1-ə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2060

Oxşar yazılar