1045
17:20
08 Sentyabr 2020

Azərbaycanda ötən il köçürülən tələbələrin sayı açıqlandı

2019-cu ildə digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2261 olub.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, onlardan 1841 nəfəri bakalavriat, 39 nəfəri magistratura, 164 nəfəri tam orta ixtisas bazası, 217 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.

SABAH proqramı çərçivəsində köçürülmə ilə əlaqədar xaric olunan tələbələrin sayı 3 nəfər olub ki, onların da hamısını bakalavriat üzrə təhsil alan tələbələr təşkil edib.

Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı 298 olub ki, onlardan da 290 nəfəri bakalavriat, 3-ü tam orta ixtisas bazası, 5 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. Ölkədaxili köçürülən tələbələrin ümumi sayı 1490 olub. Onlardan 988 nəfəri bakalavriat, 42 nəfəri magistratura, 129 nəfəri tam orta ixtisas bazası, 331 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. İxtisas dəyişməklə ölkədaxili köçürülən tələbələrin sayı 898 olub, onlardan 819 nəfəri bakalavriat, 1 nəfəri magistratura, 42 nəfəri tam orta ixtisas bazası, 36 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. Təhsilalma forması dəyişməklə ölkədaxili köçürülənlər 109 nəfər olub, onlardan 85 nəfəri bakalavriat, 19-u tam orta ixtisas bazası, 5 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürülənlərin sayı 25 nəfər olub, onlardan 18-i bakalavriat, 2 nəfəri tam orta ixtisas bazası, 5 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.