Bankın vitse-prezidenti küçədə öldürüldü
01 sentyabr 2026 19:47 (UTC +04:00)

Bankın vitse-prezidenti küçədə öldürüldü

0

ABŞ-da banker küçədə qətlə yetirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadsiə Nyu-Yorkun mərkəzində baş verib.

Bıçaqlı hücum Amerika bankının biznes seçimi və maraqlar toqquşmasının həlli üzrə vitse-prezidenti vəzifəsində çalışan 32 yaşlı Erin Piaçentinin ölümünə səbəb olub.

Nyu-York polis komissarı Cessika Tiş bildirib ki, Piaçenti 42-ci küçə ilə Yeddinci avenyu yaxınlığında heç bir səbəb olmadan hücuma məruz qalaraq qarın nahiyəsindən bıçaqlanıb. Hadisə bazar ertəsi saat 16:30-da baş verib.

Cinayətkarın 49 yaşlı Pamela Sisneros olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, qəfil mətbəx bıçaqları çıxarıb və əvvəlcə Qərbi 41-ci küçədə metrodan çıxan 68 yaşlı kişini qarın nahiyəsindən yaralayıb, daha sonra isə bankın yüksək vəzifəli menecerinə ölümcül xəsarət yetirib.

Hadisə yerinə gələn polis əməkdaşları silaha əl atan Sisnerosu güllələyiblər.

Həlak olan Erin Piaçenti 2016-cı ildə Pensilvaniya Universitetini, 2021-ci ildə isə Fordham Universitetinin hüquq fakültəsini bitirib.

Hücumun digər qurbanı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar