Saxta spirtli içki satıb iki nəfəri öldürənlərin işi MƏHKƏMƏDƏ
08 sentyabr 2020 15:53 (UTC +04:00)

Saxta spirtli içki satıb iki nəfəri öldürənlərin işi MƏHKƏMƏDƏ

Bakıda saxta spirtli içki satıb iki nəfərin ölümünüə səbəb olan şəxslərin ibtidai istintaqı başa çatıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, təqsirləndirilən şəxslər Səlim Seyidov və Vüsal Müseyibzadəyə açılan cinayət işi avqustun 31-də baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, o cümlədən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən «Siqaretlər» adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla əhaliyə göstərilən xidmət sahəsi üzrə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə daha az maya dəyərinə malik, istehlak üçün yararsız, eyni markalı əsil içkilərlə müqayisədə bazar dəyərindən dəfələrlə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil etməklə  istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayev və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində qanunlarla və normativ hüquqi aktlarla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Səlim Seyidov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Vüsal Müseyibzadə Cinayət Məcəlləsinin 200.4 və 32.5, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

# 1801
avatar

Mehman Nəbiyev

Oxşar yazılar