Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri vəfat etdi
08 sentyabr 2020 14:17 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri vəfat etdi

Naxçıvan Ali Məclisinin sabiq sədri, Namiq Həsənov vəfat edib.

Lent.az-ın məlumatına görə, 1994-1995-ci illərdə muxtar respublikanın Ali Məclisinin sədri olan N.Həsənov 1944-cü ildə Babək rayonunun Cəhri kəndində doğulub.

Qeyd edək ki, o, 1973-1990-cı illərdə Naxçıvan şəhər Partiya Komitəsinin plenum və büro üzvü, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin, Naxçıvan Vilayət Partiya Komitəsinin plenum üzvü, 1990-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı, 1995-ci ildə isə Azərbaycanın yeni Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının üzvü olub.

Bundan əlavə, N.Həsənov 1996-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Pensiya islahatı” komissiyasının  rəhbəri, Səhiyyə Nazirliyində “Səhiyyə İslahatı Dövlət Komissiyasının” və Dövlət Antiinhisar Siyasəti Komitəsinin nəzdində “Sahibkarlığa Kömək Milli Fondunun” üzvü,  Nazirlər Kabineti nəzdində “Qaçqın və məcburi köçkünlərin sosial inkişafı Fondu” üzrə hökumət komissiyasının üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8993

Oxşar yazılar